Dünya

Əfqanıstanda partlayış nəticəsində iki nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabilin mərkəzi hissəsində şənbə günü baş verən partlayış nəticəsində iki nəfər yaralanıb.

“Huquqaz.com” “Bakhtar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin “Taliban” hərəkatı tərəfindən yaradılan müvəqqəti hökumətdəki mətbuat xidmətinin bəyanatında deyilir.

“Kabildə Pedaqoji Universitetin yaxınlığında törədilən partlayış nəticəsində iki nəfər yaralanıb. Hadisə yolun kənarında gizlədilən minanın partlaması nəticəsində baş verib”, – agentlik bildirib.

Yerli “Aamaj News” agentliyi isə xəsarət alanların mülki şəxs olduqlarını xəbər verib.

Comment here