DünyaMANŞETÜSTÜ

Əfqanıstanda mitinq zamanı törədilən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb

Əfqanıstanda mitinq zamanı törədilən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb

Əfqanıstanda mitinq zamanı törədilən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb

Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətində seçkiqabağı mitinqdə baş verən partlayış nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb, daha 36 nəfər yaralanıb.

Fakttv.com Avropa.info-a istinadən xəbər verir ki, partlayış oktyabrın 13-də yerli vaxtla saat 14:00 (Bakı vaxtı ilə 16:30) radələrində Rustak dairəsində törədilib və seçki yarışının iştirakçılarından birinə qarşı yönəlib. Bu, parlament seçkiqabağı kampaniyası çərçivəsində oktyabr ayında törədilən üçüncü partlayışdır.

Əfqanıstanda hökumət qüvvələri ilə ölkə ərazisinin təxminən 50 faizinə nəzarət edən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorizmə qarşı birgə əməliyyatlar keçirirlər.

Comment here